Şrift:
Bakı növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi edəcək
02.11.2018 [10:21] - Gündəm, Mədəniyyət
Paytaxtımız növbəti beynəlxalq mədəniyyət tədbirinə ev sahibliyi etməyə hazırlaşır. Belə ki, noyabrın 5-6-də Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə “XXI əsr teatr fəlsəfəsi: mövcudluq konsepsiyası” mövzusunda V Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək.

Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"na əsasən təşkil olunur.

Konfransa 40-dan çox ölkədən 130 xarici qonaq qatılacaq. Məruzəçilər arasında nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri yer alıb.

Noyabrın 5-də Azərbaycan Dövlət Musiqili Teatrında keçiriləcək konfransın rəsmi açılış mərasimində Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Məhəmməd Ələfxamın (Birləşmiş Ərəb Əmirlikləri), UNESCO-nun Sülh Artisti Əli Mahdinin (Sudan), Beynəlxalq Kukla Teatrları İttifaqının (UNIMA) kommunikasiya və ictimai əlaqələr üzrə komissiyasının sədri Katarina Klançnik-Kokutarın (Sloveniya), GİTİS Universitetinin rektoru Qriqori Zaslavskinin (Rusiya), Beynəlxalq Uşaq və Gənclər Teatrları Assosiasiyasının (ASSITEJ) prezidenti İvet Hardinin (Cənubi Afrika Respublikası) və digər qonaqların çıxışı gözlənilir.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed