Şrift:
Elman Abdullayev: “Suriyada Azərbaycan vətəndaşları qalmayıb, Dəməşqdəki səfirliyimiz fəaliyyətini normal rejimdə davam etdirir”
20.07.2012 [17:21] - Gündəm, Sosial
«Azərbaycan Süriyada qan tökülməsinin əleyhinədir.Biz Suriyada insanların bu durumdan zərər çəkməsini istəmirik”.
Bu açıqlamanı jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. O bildirib ki, Azərbaycan Suriyada problemin həllində Kofi Annan planını dəstəkləyir: “Azərbaycan Suriyada baş verən hadisələrdən ciddi narahatlıq keçirir və tərəfləri qan tökməkdən çəkinməyə çağırır”.
E. Abdullayev bildirib ki artıq Suriyada təhsil alan bütün tələbələr vətənə qayıdıblar və bu ölkədə Azərbaycan vətəndaşları qalmayıb. Onun sözlərinə görə, Dəməşqdəki səfirliyimiz normal qaydada fəaliyyət göstərir.
”Azərbaycan Xarici İşlər Nazirliyi vəziyyəti izləyir və Suriyadakı səfirliyimizlə mütəmadi əlaqə saxlayır. Nazirlik səfirliklə daimi təmasdadır və baş verənlərlə bağlı tam məlumata malikdir”.
Xatırladaq ki, iyulun 18-də Dəməşqdə Suriya Milli Təhlükəsizlik Xidmətinin binasına gerçəkləşdirilən terror hücumu zamanı müdafiə naziri Davud Raciha, müdafiə nazirinin müavini Asif Şevkət (prezident Bəşər Əsədin yeznəsi) və sabiq müdafiə naziri Məhəmməd Türkmən öldürülüb. Partlayış zamanı daxili işlər naziri və Ali Təhlükəsizlik Şurasının katibi ağır yaralanıb. Terror aktına görə məsuliyyəti öz üzərinə müxalif Suriya Azadlıq Ordusu və Liva el-İslam təşkilatı götürüb.
Bu xəbər oxucular tərəfindən 1328 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed