Şrift:
Bakıda kafe yanıb, üç nəfər tüstüdən boğularaq ölüb
03.11.2018 [09:59] - Gündəm, Hadisə
Bakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

FHN-dən verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed