Şrift:
Tehran stadionunda “Təbriz, Bakı, Ankara...” və “Türk dilində mədrəsə,...” şüarları səsləndirildi – VİDEO
03.11.2018 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Noyabrın 2-də Tehranda Qüds şəhəri stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə “Peykan” arasında keçirilən görüş zamanı soydaşlarımız tərəfindən milli şüarlar səsləndirilib.



Görüş “Peykan”ın şəhərində keçirilsə də, ev sahibinin stadiondakı tərəfdarları təxminən 100 nəfər olub. “Traxtur” tərəfdarlarının sayı isə 10 min nəfərə qədər təxmin edilir.



Oyun zamanı Güney Azərbaycanın müxtəlif bölgələrindən görüşdə tamaşaçı qismində iştirak edən soydaşlarımız “Təbriz, Bakı, Ankara – Biz hara farslar hara!” şüarı səsləndiriblər.



Oyunun 10-cu dəqiqəsində isə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndirilib.

Bu xəbər oxucular tərəfindən 210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed