Şrift:
DUY MƏNİ, SAĞIR DÜNYA!
05.11.2018 [09:58] - Gündəm, DAVAMın yazıları
Tanrı bilir yaşımı,
Mən dünyadan qədiməm,
Qıcamışam dişimi,
Bozqırlardan gəlirəm.

Fikrim Turandır, Turan,
Birləşməkdir amalım,
Mən Tanrıdan dönmərəm,
Ona varmaq xəyalım...

Çalıb Bayatı Şiraz,
Şuru kökləyim gərək,
Heyratıyla meydanda
Yağı öldürüm gərək!

Kamançadan vaz keçib,
Tütəyi unutmaram,
Mən qavala aşiqəm,
Muğamatsız yatmaram!

Gərək çalsın sənətkar
Yurdumun Şikəstəsin,
Babək ruhum gözləyir
Koroğlumun nərəsin...

Məni qınama, ay ana,
Mübariz tək şəhidlik
Mənə qismət olmadı,
Oldu ancaq qəriblik...

İstəmirəm yadlaşsın
Torpaqlarım, dövlətim,
Nə Dərbəndim, Borçalım,
Nə də şanlı Təbrizim.

Ərdəbilim uzaqdır,
Yaş tökürəm yolunda,
Param-parça olmuşam,
Kərkük harda, mən harda...

Sevinirəm, Ağrı dağ
Qardaş himayəsində,
Didinirəm, İrəvan
Niyə qalmadı məndə?!

Tehran Türkdür, biləsiz,
Etmərəm farsa peşkəş,
Tanrı dağım – Savalan
Heç vaxt sönməyən atəş.

O atəş ki, xalqımın
Ürəyini isidir,
Neçə ildir millətim
“Vətən!” deyə didinir...

Arzulardan qorxmayaq,
Tanrı yar olsun bizə,
Şanlı tarixli ulus
Günəş olsun gündüzə.

Ta qədimdən bu ruh var,
Oğuz Xandan, Bilgədən,
Atilladan, Teymurdan,
Qutalmışdan, Metedən...

Sultan Süleymandanıq,
Alparslanıq, Eldəniz,
Ərtoğrul Qaziyik biz,
Şah İsmayıl qibləmiz...

Daha neçə igidin
Qanı damarımızda
Duy səsimi, kar olma!
Duy məni, sağır dünya!

Duy ki, Haqqın qərarın,
Sonra gec olmasın qoy,
Məhşər günü ağlama,
İndidən başına döy!

Tapdama Türk torpağın,
Tapdama Türk dilini,
Gün gələr yalvararsan
Xilas edim mən səni...

İblis xislətin burax,
Əl çək Qarabağımdan,
Qətnamələr boş varaq,
Rədd ol, get torpağımdan!...

Qurutma Urmunu sən,
Çək caynağın Kırımdan,
Qaşqay elim mənimdir,
Get Hörmüz limanımdan...

Rahat burax Uyğuru,
Altaya göz dikmə gəl,
Hindistanda var olan
Tariximi silmə, gəl...

Daha bitmədi sözüm,
Sənlə savaş mütləqdir,
Bil, xislətim Qurd, səni
Məhv etməyim gərəkdir!!!

(ardı var...)

ELŞƏN İSMAYIL
Müqəddəs Tarımızın həzin səsinin üsyanından ilhamlanaraq...









Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed