Şrift:
Gürcüstanın Neft və Qaz Korporasiyası İtaliyanın TAP-la bağlı qərarına münasibət bildirib
05.11.2018 [10:08] - İqtisadiyyat
Gürcüstanın Neft və Qaz Korporasiyası İtaliya Baş nazirinin Trans Adriatik Boru Kəmərinin (TAP) tikintisinə razılıq verməsi ilə bağlı qərarına münasibət bildirib.

Korporasiya TAP-ın həyata keçirilməsi nəticəsində Gürcüstanın yüz milyonlarla kub metr tranzit qazı proporsional olaraq güzəştli qiymət əsasında əldə edəcəyini bildirib.

Qeyd edilir ki, TAP layihəsi nəzərdə tutulduğu vaxtda başa çatdırıldıqdan sonra Bakı-Tbilisi-Ərzurum boru kəmərinin illik ötürmə qabiliyyəti yaxın illərdə 22 milyard kub metrə çata bilər.

Korporasiyanın məlumatında vurğulanıb ki, TAP layihəsi Gürcüstan iqtisadiyyatının inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 181 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed