Şrift:
Bugünün havası
05.11.2018 [10:18] - Gündəm, Bildiriş
Ölkə ərazisində noyabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-11°, gündüz 17-20° isti təşkil edəcək.

Noyabrın 5-i günün ikinci yarısından noyabrın 6-sı gündüzədək arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək.
Bu xəbər oxucular tərəfindən 35 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed