Şrift:
Azərbaycan və Türkmənistan nəqliyyat əməkdaşlığı üzrə hökumətlərarası komissiya yaradacaq
05.11.2018 [10:19] - Gündəm, İqtisadiyyat
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov nəqliyyat, ətraflı tədqiq və bütün müvafiq məsələlərin vaxtında həlli məsələlərinin müzakirəsi üçün Türkmənistan-Azərbaycan hökumətlərarası komissiyasının yaradılması üçün lazımi addımların atılmasına dair göstəriş verib.

Prezident göstərişi ölkənin Nazirlər Kabinetinin iclası zamanı verib.

Berdiməhəmmədov Türkmənistan, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazisindən keçən və geniş geoiqtisadi məkanda səmərəli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edəcək "Lazurit" beynəlxalq nəqliyyat-tranzit dəhlizinin vaciblliyini vurğularıb.

Prezident həmçinin qeyd edib ki, Türkmənistan "TRASEKA" proqramının fəal tərəfdaşı və iştirakçısı qisminə çıxış etməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 144 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed