Şrift:
Azərbaycanlı fəal Muctaba Süleymani “Sepah”ın təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb
06.11.2018 [09:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
1988-ci ildə Xoy şəhərində dünyaya göz açan azərbaycanlı milli-mədəni fəal Müctaba Süleymani Qəzvin Əyalətinin Avəc şəhərində İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən saxlanılıb.

Fəalın təxminən 10 gün əvvəl saxlandığı bildirilir, lakin bu barədə xəbər yenicə yayılıb.

GünAz TV-yə daxil olan məlumata görə, Avəc şəhərində işləyən M.Süleymani “Sepah” əməkdaşları tərəfindən oğurlandıqdan sonra onun ailəsi bütün səlahiyyətli orqanlara müraciət edib, lakin fəalın vəziyyəti ilə bağlı onlara heç bir məlumat verilməyib.

Təhlükəsizlik orqanlarından Süleymani ailəsinə xəbəri mətbuata çıxarmaqla bağlı ciddi xəbərdarlıq da edilib.

Bildirilir ki, M.Süleymani Avəcin əhalicə böyük kəndlərindən olan Ərdalana müraciət edərək kəndin məktəbinə farsdilli müəllimlərin göndərilməsi ilə bağlı məlumat toplayıb, əldə edilən informasiyanı kütləvi informasiya vasitələrinə çıxarıb.

Kənd əhalisi farsdilli müəllimlərdən narazı olduqlarını M.Süleymaniyə bildiriblər. Onların sözlərinə görə, məktəblərdə farsdilli müəllimlərin dərs keçməsi uşaqların dərsi öyrənməsində problem yaradır.

İran əhalisinin təxminən 40 faizini türklər təşkil edir. Buna baxmayaraq ölkədə təkdilli təhsil sistemi mövcuddur. Türk dilində təhsil almaq bir yana, hətta bu dil dərslik kimi də tədrisdə olunmur. Bu, həm də ölkənin konstitusiyasının 15-ci maddəsinə ziddir. 15-ci maddəyə görə fars dili ilə yanaşı, yerli dillərin məktəblərdə tədris olunması sərbəstdir.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed