Şrift:
Polis stadionda “Traxtur” tərəfdarlarını belə kameraya çəkdi – VİDEO
06.11.2018 [09:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, noyabrın 2-də Tehranda Qüds şəhəri stadionunda Təbrizin “Traxtur” futbol komandası ilə “Peykan” komandası qarşılaşıb.

Super liqa yarışları çərçivəsində keçirilən görüş 1:2 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. Görüş Tehranda keçirilsə də, “Peykan”ın təxminən 100 nəfər, “Traxtur”un isə 10 min nəfərdən çox tərəfdarı tamaşaçı qismində iştirak edib.

Əldə edilən son videoda Tehran Polis İdarəsinin təhlükəsizlik bölümünün əməkdaşları “Traxtur” tərəfdarlarını qorxudaraq milli şüarlar səsləndirməkdən çəkindirmək üçün tamaşaçıları kameraya çəkib. Polis həmçinin sonralar bu vasitə ilə müəyyən şəxsləri təqib və təzyiqlərə məruz qoyur.

Polisin “Traxtur” tərəfdarlarını kameraya çəkməsi stadionda etirazlara səbəb olub.

Video:
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed