Şrift:
46 il bundan əvvəlin-1972-ci il noyabr günlərinin maraqlı Moskva xatirələri
06.11.2018 [10:03] - Gündəm, DAVAMın yazıları
Москва. Ноябрь 1972. Всемирная Встреча Трудящейся Молодежи.


Mockva.Noyabr 1972. Zəhmətkeş Gənclərin Ümumdünya Görüşü (Məclisi)
Moskva. Noyabr,1972-ci il...Kremlin Qurultaylar Salonu..

46 il bundan əvvəlki dünya gənclər hərəkatı...



Düz 46 il bundan əvvəl dünyanın 160-dən artıq ölkəsinin zəhmətkeş gənclərinin Moskvada keçiriləcək Beynəlxalq görüşünə dəvət alanda çox sevindim.

Bu da təbiidir.Dünya səviyyəli görüşdə Azərbaycanı təkcə mən təmsil edəcəkdim.

...Tədbirlər Kremlin Qurultaylar Salonunda keçirilirdi.O vaxtkı dövr üçün diqqəti cəlb edən gəncər hərəkatının lider və öndə gedən təmsilçiləri öz maraqlı çıxışları ilə özlərini dünyaya tanıdır,haqq,ədalət uğrunda apardıqları mübarizənin vacibliyini xüsusilə qeyd edirdilər.Çıxışlar sinxron olaraq, 5 dilə tərcümə olunurdu.

Mən o vaxtlar leytenant Şmidt adına neft maşınqayırma zavodunda tokar işləyirdim.İstehsalatdan ayrrılmadan Azərbaycan Dövlət Universitetinin qiyabi filologiya fakültəsini təzəcə bitimişdim.Fakültə Elmi Şurasının qərarı ilə Azərbaycan SSR EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasına göndərilmişdim .Bir neçə gün idi ki, qəbul imtahanlarını nəticəsini gözləyirdim.Moskvada olan günlərdə eşitdim ki,aspiranturaya qəbul olunmuşam

Qiyabi aspiranturanın ilk ilini tokar işləyə-içləyə qurtardım.Sonralar partiya işində çalışdım.

İndi o günlərin foto şəkillərinə baxanda xatirələr yada düşür,yaşanan günlər gözlərimin önündən şəkilmir.

46 il bundan əvvəlin-1972-ci il noyabr günlərinin  maraqlı Moskva xatirələri

46 il bundan əvvəlin-1972-ci il noyabr günlərinin  maraqlı Moskva xatirələri



Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi,

türkoloq.
nazim-nasreddinovmail.ru

06.11.2018
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed