Şrift:
Bədii gimnastika üzrə XXV Bakı çempionatının qalibləri müəyyənləşib
06.11.2018 [10:05] - Gündəm, İdman
Azərbaycan Gimnastika Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə XXV paytaxt çempionatı keçirilib.

BŞGİBİ-dən bildiriblər ki, çempionat fərdi proqram üzrə çıxışları yerinə yetirən gimnastların yarışı ilə başlayıb. Nəticələrə görə, 2010-cu il təvəllüdlülər arasında Nəzrin Salmanlı birinci olub. 2009-cu il təvəllüdlü gimnastlar arasında Gövhər İbrahimova, 2008-ci il təvəllüdlülərin mübarizəsində Nərminə Bayramova fərqləniblər.

Yeniyetmələr arasında Kamilla Seyidzadə, gənclərin yarışında Məryəm Səfərova, böyüklərin mübarizəsində isə Darya Sorokina fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunub.
Bu xəbər oxucular tərəfindən 190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed