Şrift:
Belçika XİN: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir”
07.11.2018 [10:29] - Gündəm, Siyasət
“Dağlıq Qarabağa səfər edən Jan-Jak Flao (Jean-Jacques Flahaux) Belçika Parlamentinin üzvü olsa belə Belçika dövlətini təmsil etmir”.
Bunu cavab olaraq Belçika Xarici İşlər Nazirliyindən (XİN) deyiblər.
Bildirilib ki, Belçika dövləti üçün Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisidir. 1994-cü ildə atəşkəs əldə edildikdən etibarən özünü birtərəfli surətdə müstəqil elan etmiş bu ərazi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb: “Bu dövrdən etibarən Belçika münaqişənin hər iki tərəfin razılığı əsasında sülh yolu ilə həlli üçün Minsk qrupunun səylərini dəstəkləyir”.
Xatırladaq ki, bu il oktyabrın 30-da Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed