Şrift:
Türk dünyasında beynəlxalq əlaqələr müzakirə olunub
07.11.2018 [10:54] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Niğdə şəhərində yerləşən Ömər Halisdəmir Universitetində "Türk dünyasında beynəlxalq əlaqələr, Türkiyə-Qazaxıstan-Azərbaycan" mövzusunda konfrans keçirilib. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq münasibətlər kafedrasının müəllimi Pərviz Səmədov tədbirdə “Mevlanə mübadilə proqramı” çərçivəsində iştirak edib.

UNEC-dən bildirilib ki, konfransda Niğdə Universitetinin iqtisadiyyat fakültəsinin dekanı, professor Haluk Bengüy, L.N.Qumilyov adına Avrasiya Milli Universitetindən Baurjan Mustafayev, türk dünyasının tanınmış politoloqu Çiğdem Şahin, UNEC-in müəllimi Pərviz Səmədov və başqaları çıxış ediblər.

Məruzələrdə türk dünyası dövlətləri arasında inkişaf edən mədəni-mənəvi əlaqələrə toxunulub, elmi əməkdaşlığın vacibliyi vurğulanıb, universitetlər arasında mübadilə proqramlarının önəmi qeyd olunub.

Tədbirdə Türkiyə-Azərbaycan, Türkiyə-Qazaxıstan əlaqələri və digər mövzular ətrafında müzakirələr aparılıb.
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed