07.11.2018 [11:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Mətbuata Nəzarət Komitəsi, Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyətini növbəti dəfə dayandırıb.
“Marağa Universitetinin Azərbaycanşünaslıq Ocağı”na aid nəşriyyə “bölücülük, millətçilik və etniklər arasında ayrı-seçkilik salmaq” fəaliyyətində ittiham olunub.
Mətbuata Nəzarət Komitəsinin çıxardığı hökmə əsasən nəşriyyənin fəaliyyəti 1 il müddətinə dayandırılıb. Qadağa müddəti komitənin mayın 24-də nəşriyyə ilə bağlı keçirdiyi iclasdan sonra hesab olunacaq.
Bundan əlavə, nəşriyyənin müdir-məsuluna yazılı töhmət veriləcəyi barədə qərar qəbul olunub.
“Elin” nəşriyyəsi 13 və 14-cü sayını ötən qış aylarında buraxıb. Bundan sonra Marağa Universitetinin Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətini müvəqqəti olaraq dondurmuşdur.
“Elin”in 14-cü sayında Beynəlxalq Qadınlar Günü, Ana Dili Günü və s. kimi mövzularla bağlı mətləblər dərc olunub.
2015-ci ilin yaz aylarında da “Elin”in 9-cu sayı nəşr olunduqdan sonra Marağa Universitetinin Nəşriyyələrinə Nəzarət Komitəsi nəşriyyənin fəaliyyətinin 1 illik dondurulması ilə bağlı qərar qəbul etmişdir.
“Elin” Nəşriyyəsinə qadağa tətbiq olunduqdan sonra nəşriyyənin o dövrdəki müdir-məsulu Milad Balesini universitetin İnzibati Komitəsi tərəfindən 1.5 il müddətinə təhsil almaq hüququndan məhrum edilib və yazılı töhmət (tobix) almışdır.
Fars və türk dillərində nəşr olunan “Elin” nəşriyyəsi 2010-cu ildən fəaliyyət göstərir.

Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |