Şrift:
Atmosfer havasından götürülən nümunələr araşdırılıb
08.11.2018 [10:08] - Gündəm
Noyabrın 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan havaya tullantı atılması ilə bağlı məlumat daxil olub. Nazirliyin əməkdaşları monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırma zamanı zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli katalitik riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə tullantıların atılması qeydə alınıb.

Götürülmüş nümunələr üzərində laborator analizlər aparılır, nəticələr məlum olduqdan sonra müvafiq qərar veriləcək.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed