Şrift:
İshaq Cahangiri: “Yalan danışa bilmərəm, sanksiyalar öz təsirini göstərməyə başlayır”
08.11.2018 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Birinci vitse-prezidenti İshaq Cahangiri, noyabrın 6-da jurnalistlərə açıqlamasında Amerikanın tətbiq etdiyi sanksiyaların ölkə iqtisadiyyatına təsirindən danışıb.

Cahangiri bildirib ki, o, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaların guya təsirsiz olması barədə millətə yalan danışa bilməz: “Mən yalan danışa bilmərəm. Sanksiyalar öz təsirini göstərməyə başlayır. Lakin bir şey var ki, biz bu təsiri minimuma endirməyə çalışmalıyıq. Hesab edirəm ki, hökumət bu həyati məsələdə millətlə sədaqətli olmalı, onunla səmimi şəkildə hər şeyi danışmalıdır.

Lakin bütün bunlara baxmayaraq, məsələnin digər tərəfidə odur ki, hökumət, cəmiyyətin nigaranlığına səbəb olan hər şeyi millətlə bir araya qoymamalıdır. Düşünürəm ki, hökumət nigaranlığa səbəb olan bu məsələlərin bir hissəsini sistemin öz içində saxlamalı, onları aradan qaldırmaq üçün münasib tədbirlər görməlidir.”

Xatırladaq ki, noyabrın 5-dən başlayaraq, Amerikanın İrana qarşı geniş miqyaslı sanksiyalarının, o cümlədən də İran neftinin satışına qadağaların icrasına başlanılıb.

ABŞ maliyyə naziri Stiven Mnuçin noyabrın 2-də jurnalistlərə amçıqlamasında bildirib ki, sanksiyaların yeni mərhələsində İranın 700-dən çox fiziki və hüquqi şəxsinin adları, Amerikanın Tehrana qarşı sanksiyalar siyahısına salınıb.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed