Şrift:
TÜRKSOY-un xalq çalğı alətləri orkestri Yaponiyada geniş konsert proqramı ilə çıxış edəcək
10.11.2018 [11:23] - Mədəniyyət
TÜRKSOY-un xalq çalğı alətləri orkestri yarandığı gündən ilk dəfə Yaponiyada geniş konsert proqramı ilə çıxış edəcək.

TÜRKSOY-un yaradılmasının 25 illiyi münasibətilə təşkil ediləcək konsertlərdə 12 ölkədən 50 artistin iştirakı gözlənilir.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyənin Tokiodakı səfirliklərinin dəstəyi ilə təşkil ediləcək konsertlər Tokio ilə yanaşı, Kavasaki, Hamamtsu və Yokohama şəhərlərində keçiriləcək.

TÜRKSOY-un 2016-cı ildə yaradılan xalq çalğı alətləri orkestrinin məqsədi Türk dünyasına məxsus olan, lakin milli cəhətləri ilə seçilən ənənəvi musiqi və rəqslərlə bütün dünyanı tanış etməkdir. Beləliklə, “TÜRKSOY”-un xalq çalğı alətləri orkestri türkdilli xalqlardan - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Muxtar respublikalarından Altay, Tatarıstan, Başqırdıstan, Xakasiya, Tuva, Saxa-Yakutiya, həmçinin Monqolustan və Qaqauziyadan (Moldova) olan ifaçıları özündə birləşdirərək, bir konsertlə bütün dünyanı vahid türk mədəniyyətinə qovuşdurur. Orkestrin ifaçıları türk dünyasının müxtəlif xalqlarına məxsus peşəkar solistlərdən və rəqqaslardan ibarətdir.

Noyabrın 13-də Tokio Universitetində təşkil ediləcək ilk konsertdən sonra, noyabrın 14-də Kavasakidə, 15-də Yokohamada, 16-da Tokionun Akasaki ictimai mərkəzində, 18-də Hamamtsuda davam edəcək geniş proqram ayın 20-də Tokionun Mequro rayonunun “Persimmon Hall” mərkəzində qala-konsertlə başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed