10.11.2018 [11:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Azad Universitetinin “Açıq Söz” öyrənci nəşriyyəsinin 6 sayı nəşr olunduqdan sonra nəşriyyə qadağa ilə üzləşib.
“Açıq Söz”ün 7-ci sayı bu ay işıq üzü görməli idi, lakin Təbriz Universitetinin Mətbuata Nəzarət Komitəsi onun nəşr olunmasına icazə verməyib. “Qırmızı xətləri keçmək” nəşriyyəyə qoyulan qadağanın səbəbi kimi göstərilib.
Məlumata görə, Universitetin Mədəniyyət işləri üzrə bölümü nəşriyyənin 7-ci sayının məzmunu ilə tanış olduqdan sonra onun nəşrinə qadağa qoyub.
Mövzu ilə bağlı nəşriyyənin məsulları Teleqram kanallarında məlumat yayıblar:
““Açıq Söz”ün lisenziyası ləğv olunmayıb. Lakin hələlik dəqiq açıqlanmayan səbəblərə görə nəşriyyənin 7-ci sayının nəşri təxirə düşüb.
Hər hansı bir nəşriyyənin lisenziyasının ləğv olunması üçün xüsusi prosedur tələb olunur. Bu günə qədər nəşriyyənin müdir-məsuluna bu barədə heç nə açıqlanmayıb. Bundan əlavə, “Açıq Söz” nəşriyyəsinə Mətbuata Nəzarət Komitəsi tərəfindən heç bir xəbərdarlıq da edilməyib.”
Türk və fars dillərində yayımlanan “Açıq Söz” öyrənci nəşriyyəsinin müdir-məsulu Əli Məhəmmədzadə və baş redaktoru Əli Həmzəzadədir.
Güney Azərbaycan Universitetlərində nəşr olunan öyrənci nəşriyyələri ana dili, Urmu gölü və bu kimi mövzularla bağlı mətləblər yaydıqları üçün davamlı olaraq dövlət qadağası ilə üzləşir. Bir çox nəşriyyə “pantürkizm”, “İctimaiyyəti təşvişə salmaq”, “sistemin əleyhinə təbliğat aparmaq” və s. kimi ittihamlara məruz qalaraq fəaliyyətini dayandırmalı olub.
Ötən günlərdə Marağa Universitetinin “Elin” öyrənci dərgisinin fəaliyyətinin dayandırılması haqda da qərar qəbul olunub.

Bu xəbər oxucular tərəfindən 416 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |