Şrift:
Sabiq müdafiə naziri Paşinyana rəqib olacaq
12.11.2018 [10:49] - Siyasət
Noyabrın 11-də Ermənistan Respublika partiyasının iclası keçirilib. Axşam saatlarında başa çatan iclasda Ermənistanın sabiq müdafiə naziri Viqen Sərksiyan partiya sədrinin birinci müavini seçilib.

V.Sərksiyan deyib ki, növbədənkənar parlament seçkilərində Respublika Partiyası öz siyahısı ilə iştirak edəcək. Eks-nazir siyahıya özünün başçılıq edəcəyini bildirib. Deyib ki, siyahıya dostları, partiya üzvləri, həmçinin digər partiyaların təmsilçiləri və bitərfələr daxil ediləcək. Onun sözlərinə görə, təqdim olunan prinsiplər yekdilliklə qəbul edilib.

Ermənistanın keçmiş müdafiə nazirinin Serj Sərkisyanın sədrlik etdiyi partiyanın rəhbərliyinə gəlməsi və seçkilərə qatılmaq qərarını verməsi Nikol Paşinyana ciddi mesajdır. Söhbət Ermənistanın keçmiş prezidentindən, həmçinin orduya rəhbərlik etmiş şəxsdən gedir. Onların orduda kifayət qədər dayaqlarının olması da istisna deyil və bir gün erməni ordusu Paşinyana qarşı qiyama qalxa bilər.

Qeyd edək ki, V.Sərksiyan aprel döyüşlərindən sonra ordunun başına gətirilmişdi və bu ilin 8 mayınadək müdafiə naziri oldu. Bu mənada Azərbaycan ordusunun aprel zəfərlərinə və 2018-ci ilin mayındakı Günnüt əməliyyatına görə ermənilər onu sorğu-sual etmirlər. Deməli, V.Sərkisyan xalqın qarşısına daha inadla çıxmaq imkanına malikdir. Bu isə Paşinyanı narahat etməyə bilməz.
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed