Şrift:
Kürdəmirdə Kukla Teatrının ilk tamaşası olub
13.11.2018 [10:30] - Mədəniyyət
Kürdəmir rayonunda ilk dəfə olaraq Kukla Teatrı fəaliyyətə başlayıb. Kürdəmir Regional Mədəniyyət İdarəsinin rayon mədəniyyət mərkəzinin nəzdində fəaliyyətə başlayan teatr “Cırtdan” kukla tamaşasını nümayiş etdirib.

Teatrın ilk tamaşası rayon və kəndlərdən olan azyaşlı uşaqlar, onların valideyn və müəllimləri tərəfindən maraqla qarşılanıb.

Teatrın quruluşçu rejissoru Nazim Çıraqovun verdiyi məlumata görə, tamaşada iştirak edən aktyorların əksər hissəsini rayon mədəniyyət mərkəzində çalışan istedadlı gənclər təşkil edir. Gələcəkdə yeni tamaşaların səhnələşdirilməsi və digər rayonlarda da nümayiş olunması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed