Şrift:
Azərbaycanlı iş adamları Təbrizdə qeyri-neft ixracının inkişafı ilə bağlı konfransa qatılacaq
13.11.2018 [10:36] - Güney Azərbaycan xəbərləri, İqtisadiyyat
Təbrizdə “İqtisadiyyat Diplomatiyası” adı altında İranın Qeyri-Neft İxracının İnkişafı Milli Konfransı keçiriləcək.

Bunu Təbrizin Ticarət, sənaye, mədən və kənd təsərrüfatı palatasının sədri Səməd Həsənzadə deyib.
Onun sözlərinə görə, 21-22 noyabrda keçiriləcək konfransa İran İslam Respublikası və Şərqi Azərbaycan vilayəti ilə iqtisadi mübadilələri olan ölkələrin, o cümlədən Türkiyə, İraq, Azərbaycan və Naxçıvanın iş adamları və səfirləri, İran vilayətlərinin ticarət palatalarının rəyasət heyətləri qatılacaqlar.

S.Həsənzadə əlavə edib ki, bu konfransda bank, vergi, gömrük sahələrindəki problemlər araşdırılacaq və ümumilikdə bu problemlərdən çıxış yolları haqda təkliflər irəli sürüləcək.
Bu xəbər oxucular tərəfindən 61 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed