Şrift:
İlhan Aşkın:”Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı uğurlu siyasət aparılır”
21.07.2012 [16:49] - Sosial
Azərbaycanda qurulan və güclənən milli birlik və həmrəylik bəzi gücləri narahat edir.

Bu sözləri Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı, tanınmış diaspor fəalı İlhan Aşkın son günlər bəzi antiazərbaycan saytlarında Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının pozulması ilə bağlı yayılan xəbərləri şərh edərkən bildirib.

“Son illər Azərbaycanda milli azlıqların hüquqlarının qorunması ilə bağlı aparılan uğurlu siyasət ölkədə milli birliyi gücləndirir və dövlətçiliyin qorunmasında müstəsna rol oynayır. Təbii ki, bu bəzi qüvvələri narahat edir və buna görə də, bu qüvvələr milli azlıqları öz maraqları üçün istifadə etməyə çalışırlar. Amma, yanılırlar və bu siyasət Azərbaycan üçün keçərli deyil. Çünki, Azərbaycanda güclü və sarsılmaz birlik mövcuddur”.

İ.Aşkın Azərbaycan türklərinin tarix boyu erməni millətçiləri tərəfindən ən böyük təqiblərə və milli-ayrı seçkiliyə məruz qaldığını da diqqətə çatdırıb.

“Əslində, tarix boyu erməni millətçiləri tərəfindən ən böyük təqiblərə və milli-ayrı seçkiliyə məruz qalan Azərbaycan türkləri olublar. Bu gün də bunun nəticəsi olaraq, Dağlıq Qarabağ işğal altındadır və təcavüz davam etməkdədir”- deyə, İ.Aşkın qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1308 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed