Şrift:
Diaspor işindəki dönüş və antimilli qüvvələrin narahatlığı
15.11.2018 [10:27] - Gündəm, Diaspor
Diasporla İş üzrə Dövlət Komitəsinin son vaxtlarda gördüyü işlər diqqət mərkəzindədir. Diqqət mərkəzi dedikdə söhbət heç də gözdən pərdə asmaqdan getmir. Komitənin keçmiş rəhbərliyi dövründə də mətbuat ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları ilə silsilə yazılar, müsahibələr dərc edirdi. Reallıqsa o idi ki, xaricdəki bir nəfər də həmvətənimiz Diasporla İş üzrə Dövlət Komitəsinin işindən razılıq etmirdi.
Necə deyərlər, “aşıq üz görən tərəfə gedər”. Yəni aşıq havasına gülə-gülə oynamaq, aşığın da sazını cani dildən çalmasına səbəb olur.
Sirr deyil ki, xaricdə yaşayan soydaşlarımız keçmişdə Allahın xoş təbəssümündən, diqqətindən, qayğısından məhrum idilər. Məsələyə kokret yanaşsaq, belə deyə bilərik ki, özümüz özümüzdən küsmüşdük. Amma bu küskünlüyə komitə rəhbərliyindəki dəyişikliklə son qoyuldu. Fuad Muradovun Milli Məclis üzvlüyündən Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbər gətirilməsindən sonrakı qısa müddətdə xeyli dəyişiklik oldu. Nəticədə bu dəyişikliklər qürbət ellərdə yaşayan soydaşlarımızı sevindirdi. Çünki yad və uzaq məmləkətlərdə yaşayan azərbaycanlı bacı-qardaşlarımızın bir tikə çörəyə yox, gülərüzə, xoş sözə, bir araya toplaşmaya a ehtiyacı vardı.

Koordinasiya şuralarında birləşən azərbaycanlılar

Bir məqam da var. Təəssüf ki, Diasporla İş üzrə Dövlət Komitəsinin son günlərdə gördüyü işlər Azərbaycanı istəməyən bəzi dairələrdə qıcığa səbəb olmaqdadır. Amma burada bəzi nüanslara diqqət yetirmək lazımdır. 3-5 il bundan qabaq Azərbaycan diasporu bütün ölkələrdə erməni diasporuna uduzurdu. Acı da olsa, reallığı deməliyik. İllərdir ki, Azərbaycan diasporunun inkişaf strategiyasını müəyyənləşdirə bilmirsilər. Ayrı-ayrı ölkələrdə yaranan diaspor təşkilatları pərakəndə obrazda gözümüzə girirdi. Bir təşkilat rəhbərinin sözü, digərinin boğazından keçmirdi. Təbii, bu cür hallardan kənar qüvvələr daha dərin formada yararlanmağa çalışır. Məsələn, xaricdəki erməni diaspor təşkilatları iri addımlarla ön cərgədə dayanmışdı. Bu da Azərbaycanın ümumi imicinə zərbə idi.
Güclü və işləməyi sevən kadrların potensialı həmişə maraq doğurur. Çünki sonda meydandan xalq və dövlət qalib çıxır. Bu məqamda Fuad Muradovun komitəyə təyinat alması həm ermənilərin, həm də erməni dəyirmanına su səpən anti-milli ünsürlərin ürəyincə olmayıb. Nə var-nə var, Fuad Muradov işinə ürəkdən, sevə-sevə və peşəkarcasına can yandırır.

Bəzi dairələrdə paslanan beyinlərin “erməni damarı” oyananda gecə ilə gündüzü də ayırd edə bilmirlər.
Halbuki, məsələlərə təmiz niyyətlə yanaşsalar, son vaxtlar Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bir sıra xarici ölkələrdə azərbaycanlıları birləşdirən Koordinasiya şuralarının yaradıldığını görə bilərlər. Artıq Almaniya, İsveçrə, Fransada yaşayan soydaşlarımızın Koordinasiya şuraları fəaliyyət göstərir.
Dövlət Komitəsinin 25 illlik mövcudluğu dövründə xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti belə koordinasiya olunmayıb. Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan azərbaycanlılar komitə ilə paralel şəkildə addımlaya bilməyib. Təbii, bu işdə soydaşlarımız arasında “günah keçisi” axtarmağa da dəyməzdi. Çünki “başsız atlı” heç vaxt aydınlığa vara bilmir.
Nəhayət, komitəyə son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan diaspor təşkilatları bir araya gətirildi.

Və... xaricdə yaşayan soydaşlarımızın aydınlığa çıxa bilməsi üçün vahid mərkəzdən paralel mexanizm şəbəkəsinin yaradılmasına nail olundu.

Koordinasiya Şurasının yaradılmasında məqsəd nədir?

Elə buradan başlayaq. Bəzi qaragüruhçulara xatırlatmaq istəyirik ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir. Məsələn, Ukraynanı götürək: orada 100-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa özəl günlərdə ayrı-ayrılıqda tədbirlər keçirirdi. Təbii ki, birinin digərinin gördüyü işdən xəbəri də olmurdu. Üstəlik bu qədər təşkilatın ayrılıqda və dağınıq şəkildə Xocalı sıyqırımını, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışması effekt vermirdi.
Məsələyə bu konteksdən yanaşdıqda azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoya bildi. Nəticədə birgə və bərabər addımlamaqla bütövləşmə baryerini aşmağa nail olundu.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov da deyir ki, xaricdəki diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması çox vacibdir:

“Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Çünki dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcrid olunmuş vəziyyətdə hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Amma çox istərdim ki, bu işi Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirsin. Belə olan təqdirdə hər iki qurum biri-birilə bağlantı yaradacaq. Həmçinin, Koordinasiya şuralarının yaradılması çox vacibdir. Koordinasiya Şurası təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizin fəaliyyəti çox genişdir. Onların xarici ölkələrə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Diaspor Komitəsinin rəsmiləri isə mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. Koordinasiya Şurasının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.
Görkəmli diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” ordenin sahibi Ramiz Abutalıbov da diaspor təşkilatlarının Koordinasiya şuralarının vacibliyini qeyd edib:

“Doğrudur, azərbaycanlıların Koordinasiya şuralarının fəaliyyəti ilə hələ ki yaxından tanış deyiləm. Amma onu deyə bilərəm ki, “koordinasiya” sözünün özü müsbət anlam ifadə edir. Ona görə də azərbaycanlıların Koordinasiya Şurasının yaradılması çox yaxşı haldır. Sadə misal gətirək: xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna ehtiyac var. Diaspor təşkilatları üçün bunun irəli sürülməsi çox yaxşı ideyadır. Məsələn, tutaq ki, Azərbaycan tarixi ilə bağlı kitab nəşr etdirmək istəyirik. Bu zaman yaxşı olar ki, hər təşkilatın ağsaqqalı ilə məsləhətləşmə aparılsın. Ona görə də bu addımı alqışlayıram. Bu şəkildə yanaşma ümumi işimizin xeyrinədir. Diasporla İş üzrə Dövlət Komitəsinin bu addımını biz xaricdə yaşayan azərbaycanlılar alqışlayırıq”.
Bu xəbər oxucular tərəfindən 163 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed