Şrift:
Fərəc Quliyev: Təqaüd və maaşlar artırılsın (audio)
15.11.2018 [14:43] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
“Əlavə vasait üçün ən böyük mənbə korrupsiya yolu ilə mənimsənilmiş, oğurlanmış, talanmış vəsaitlərdir.”



Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Milli Məclisin bu gün- 15.11.2018 tarixində keçirilən plenar iclasında “Sosila təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edib. Çıxışın tam mətnini və səs yazısını təqdim edirik:



“Sağ olun, cənab sədr!

Sosial təminatı və sosial müdafiəni həyata keçirəndə reallıqlar mütləq nəzərə alınmalıdır. Burada fikirlər səsləndi ,ki bir məhbusun bir günlük xərci 18 manat nəzərdə tutulub. Təsəvvür edin ki, bu məhbusdur və içərdədir. Bu isə ayda 558 manat edir. Məhbus xüsusi idman yarışına hazırlanmır ki. Sadəcə bunun yaşaması üçün nəzərdə tutulan bir vəsaitdir. Deməli, istehlak səbəti 558 manatdan az ola bilməz. İstehlak səbətinə uyğunda təbii ki, bu məsələlər nəzərdə tutulmalıdır. İstəyir minimum əmək haqqı olsun, istəyir təqaüdlər olsun və s. Belə olan halda əvvəlcə biz düşünməliyik ki, təqaüdçülərə verilən vəsait, əlillərə verilən vəsait yaşamaq üçün bəs edirmi? Əlbəttə bəs eləməz. Müharibə veteranlarına 56 manat pul verilir. Bu 56 manat ilə insan yaşaya bilərmi? Bu məsələləri qaldıranda həmişə bizə dərhal belə bir fikir bildirirlərki, artıq vəsait üçün mənbə göstərin. Göstərək. Mən sizə mənbə göstərim. Ən böyük mənbə korrupsiya yolu ilə mənimsənilmiş, oğurlanmış, talanmış vəsaitlərdir. Bu vəsaitlərin geri qaytarılması təmin olunmalıdır, vergi və gömrükdə necə büdcəyə daxilolmalar nəzərdə tutulursa, bu vəsaitlər daxilolmalar kimi nəzərdə tutulmalıdır. Axı bu vəsait qida məhsulu kimi həzmi-rabedən keçməyib ki ,kimsə desin ki, bu yoxdur artıq. Bu vəsait ya xaricdə hesablarda vardır, ya daşınmaz əmlak şəklindədir, ya da valyuta və yaxud da qiymətli metal halında talançıların əlindədir . Ona görə bu vəsaiti müsadirə eləmək lazımdır, milliləşdirmək lazımdır və büdcəyə daxil edəndən sonra milyardlarla əlavə vəsait yaranacaqdır. Bu vəsaiti də təbii ki, göstərdiyim istiqamətlərdə xərcləmək mümkündür.

Yeri gəlmişkən gəlir deklorasiyasının icraatının vacibliyini də qeyd edim. Çünki bəzi məsələləri Milli Məclisə irad tuturlar. Amma Milli Məclis 2005-ci ildə gəlir deklorasiyası haqda qanun qəbul edib . Nazirlər Kabineti isə indiyə qədər bir forma hazırlamayıbdı. Gəlir deklorasiyasının icraatı haqqında qanunun Nazirlər Kabinetində forma hazırlanması üçün prezidentin sərəncamı da vardır. Son London hadisələri göstərir ki, bu qanun işləmədikcə, məmurlar gəlir deklorasiyasını vermədikcə günün birində problem yaranır.Oğurlanmış vəsait haqqında , adam deyirki, öz vəsaitimdir. Birisi girib on iki milyon dollarlıq gün ərzində dükandan alver edibdi, deyir şəxsi vəsaitimdi. Hardan sənin şəxsi vəsaitindi?

Ona görə təyin olunan məmurlar ,nazirlər olsun, digər ciddi postlara təyinatlar olsun bu adamların gəlir deklorasiyasını da verməsi vacibdir. Bu istiqamətdə- forma hazırlanması və s.üçün Nazirlər Kabineti işlər görməlidir.

Təşəkkür edirəm.”

Bu xəbər oxucular tərəfindən 1810 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed