Şrift:
İranda tanınmış azərbaycanlı şair-publisist Səid Muğanlı 6 aylıq həbs cəzası bitdiyindən azadlığa buraxılıb
22.07.2012 [13:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda türk dilində yazan tanınmış şair-publisist, jurnalist Səid Muğanlı azadlığa buraxılıb.
Azərbaycanlı jurnalist barəsində çıxarılmış 6 aylıq həbs cəzasını bitirdikdən sonra o, Təbrizin mərkəzi həbsxanasından azadlığa buraxılıb.
Qeyd edək ki, Səid Muğanlı (Beytullah Məhəmmədi) Təbriz İnqilab Məhkəməsi tərəfindən İrandakı mövcud quruluşun əleyhinə şeirlər yazmaqda ittiham olunaraq 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qərar ötən ilin dekabrında Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsi tərəfindən də qüvvədə saxlanılıb.
Azərbaycanlı jurnalist 2011-ci ilin iyunun 8-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib və sentyabrın 25-də 50 min ABŞ dolları məbləğində girov müqabilində azadlığa buraxılıb. ETTELAAT-ın təcridxanasında 110 gün saxlanılan azərbaycanlı şairin ağır işgəncələrə məruz qaldığı bildirilir.
Bu xəbər oxucular tərəfindən 1130 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed