Şrift:
Urmiyədə bu şəhərciyin adının farca adla dəyişdirməsi haqda qərar qəbul olunub
16.11.2018 [11:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran və Güney Azərbaycanda türkcə olan coğrafi adların farsca adlarla dəyişdirməsi prosesi davam edir.

Sıra Urmiyənin 15 kilometrliyində yerləşən “Gülman” şəhərciyinə çatıb. Məlumata görə, rejim bu şəhərciyin adını türkcədən farscaya çevirmək qərarında israrlıdır. Artıq Urmiyə Şəhər Şurası üzvlərinin şəhərciyin “Dəryaşəhr” adlandırılması haqda qərar qəbul etdiyi bildirilir.

Minlərlə soydaşımızın yaşadığı şəhərcikdə bərbad vəziyyətdə olan “Mehr” yaşayış evləri tikilib. Şəhərcikdə heç bir səhiyyə xidməti yoxdur, yolları isə qeyri-standart vəziyyətdədir və davamlı olaraq avtomobil qəzalarına səbəb olur. Urmiyə Bələdiyyə İdarəsi və Şəhər Şurası şəhərciyin ümumi vəziyyətini yaxşılaşdırmaq əvəzinə İran rejiminin göstərişi ilə onun adını türkcədən farscaya çevirməklə məşğuldur və bu şəkildə rejimin asimilasyon siyasətinin təkmilləşdirilməsi istiqamətində hərəkət edirlər.

İranda Pəhləvi dövründə Azərbaycan türklərinə qarşı başlayan asimilasyon siyasəti islam cümhuriyyəti dövründə daha da geniş vüsət aldı. Coğrafi adların fars sözləri ilə dəyişdirilməsi faktlarına Güney Azərbaycanın bütün şəhər və kəndlərində rast gəlinir.

N.S
Bu xəbər oxucular tərəfindən 417 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed