Şrift:
MDHP sədri, Millət Vəkili Fərəc Quliyev Bolqarıstanın Burqas şəhərindəki hava limanında törədilmiş terror aktı nəticəsində həlak olanlarla əlaqədar İsrail Dövlətinin Prezidenti cənab Şimon Peresə başsağlığı mesajı göndərdi.
22.07.2012 [17:17] - Gündəm, Bildiriş
İsrail Dövlətinin Prezidenti cənab Şimon Peresə

Hörmətli cənab Prezident,
Bolqarıstanın Burqas şəhərindəki hava limanında törədilmiş terror aktı nəticəsində həmvətənlərinizin həlak olması xəbəri bizi olduqca üzdü.
Biz bu dəhşətli hadisəni törədənləri lənətləyir, terror olaylarını qətiyyətlə pisləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, Millət Vəkili
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed