Şrift:
Maliyyə sıxıntıları ilə üzləşən “Sulduz” komandası liqa yarışları ilə vidalaşıb
17.11.2018 [11:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məsullar tərəfindən dəstəklənməyən “Sulduz” futbol komandası maliyyə xısıntıları ucbatında fürsətləri itirərək liqa yarışlarının üçüncü dəstəsi ilə sağollaşıb.



Bu barədə “Sulduz” klubu noyabrın 15-də İnstaqram səhifəsində bir mətn paylaşaraq liqa yarışları ilə vidalaşdıqlarını bildirib: “Gücümüz yox, üzümüz qaradır! Gözəl vətənim, qoy yalnız bunu deyim, başın sağ olsun Sulduz!”



Paylaşılan postun davamında belə qeyd olunub: “Təəssüfümüzü bildirərək bəyan edirik ki, komandanın üzləşdiyi maliyyə sıxıntıları və verilən vədlərin yerinə yetirilməməsi getdiyimiz yolu ikiqat çətinləşdirdi. Artıq bu yolu davam etdirməyə qadir deyilik!”



“Sulduz” komandasının baş məşqçisi Fərzad Həmidi də öz müsahibəsində oxşar açıqlama ilə çıxış etmişdir.



“Əvvəldən bir çox maliyyə problemlərimiz var idi. Əslində bura qədər yolu davam etməyimiz bir möcüzə oldu. Yerli məsullar çox vədlər verdilər, biz də 5 ay bu vədlərin reallaşmasını gözlədik. Lakin problemlər öz həllini tapmadı, vəziyyət biraz da pisləşdi. Artıq demək olar ki, komanda təmami ilə ləğv olunmaq ərəfəsindədir”- deyə o bildirib.



Baş məşqçi həmçinin əlavə edib ki, məsullar idmana pul xərcləməsələr, həmin pulu nakomanların müalicəsi üçün kamp inşa etməyə məcbur olacaqlar.



Qərbi Azərbaycanın “Sulduz” və “Urmiyə 90” futbol komandaları, həmçinin “Durna” və “Şəhrdari” kimi voleybol komandaları başda yerli olmayan Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Gənclər və İdman Şöbəsinin rəisi Abdulla Çəməngülü olmaqla yerli məsulların laqeyd münasibəti nəticəsində bir çox problemlərlə üz-üzə qalıb, bu komandaların ləğv olunması gözlənilir.



Bocnurdlu Məhəmməd Mehdi Şəhriyari və Səqqizli Abdulla Çəməngülü hər ikisi radikal kürdlərdəndir. Onların Qərbi Azərbaycan idmanına vurduğu ziyan bütün yarışlarda özünü göstərməkdədir.
Bu xəbər oxucular tərəfindən 482 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed