Şrift:
Nikola Sarkozinin Cənubi Qafqaz respublikalarına səfərinin dəqiq tarixi açıqlanıb
17.09.2011 [11:10] - Xəbərlər
Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaza səfərinin dəqiq tarixi açıqlanıb. “Reuters” agentliyinin verdiyi məlumata görə, N. Sarkozinin Cənubi Qafqaz ölkələrinə səfəri oktyabrın 6-7-də baş tutacaq.

Səfər çərçivəsində o, Azərbaycan, Gürcüstan və Ermənistan prezidentləri ilə görüşəcək, ikitərəfli və regional məsələləri müzakirə edəcək.

Fransa prezidentinin müzakirə edəcəyi məsələlər sırasında regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminin həlli prioritet təşkil edəcək.
Bu xəbər oxucular tərəfindən 1269 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed