Şrift:
Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı
19.11.2018 [10:38] - Afişa
Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə saz-söz axşamı keçiriləcək.

Saraydan bildirilib ki, “Mədəniyyət” kanalı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə reallaşacaq konsert proqramında tanınmış aşıqlar və “Laçın”, “Koroğlu”, “Çeşmə”, “Misri” aşıq qrupları iştirak edəcəklər.

Biletləri Heydər Əliyev Sarayının və şəhərin kassalarından, www.iticket.az saytından onlayn və “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan əldə etmək olar.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed