Şrift:
Həsən Ruhaninin çıxışı zamanı “Traxtur” komandasına dəstək verildi – Xoy şəhərində
20.11.2018 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani noyabrın 19-da Qərbi Azərbaycan Əyalətinin Xoy şəhərində səfərdə olub.

Rejimin bütün səylərinə baxmayaraq yerli əhali prezidenti olduqca soyuq qarşılayıb. Təhlükəsizlik qüvvələri vəziyyəti rejimin xeyirinə dəyişmək məqsədi ilə çox sayda məktəblini zorla prezidentin çıxış etdiyi stadiona gətirib. Bu məqsədlə ətraf məntəqələrdə, xüsusi ilə də Sərdəşt şəhərində yaşayan mühacir kürdlər avtobuslarla stadiona daşınıb. Bütün bunlara baxmayaraq soydaşlarımız etiraz səslərini qaldırıb, Azərbaycan və onun milli komandası “Traxtur”a dəstək nümayiş etdiriblər.

Həsən Ruhaninin səfəri zamanı Xoyda Cavad Əhmədi Yekanlı və Vəhid Nəcəfi adlı iki azərbaycanlı fəal Ettelaat əməkdaşları tərəfindən saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 34 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed