Şrift:
İncə deyimlər, başqa sözlə,nüktələr,nüktələr...
20.11.2018 [13:00] - Gündəm, DAVAMın yazıları
*Adını adlara qoşmaq
*Dizi ilə qapını açmaq
*Burda mənəm, fian yerdə Filankəs
*Yetənə yetir,yetməyənə gül atır
*Adam yata-yata öyrənər
*Ağrımaz başım,ağrısa da çay içərəm
*İlanın zəhləsi yarpızdan gedər,
yarpız da ki yarpız çıxmadı
*Keçən günə gün çatmaz,
heç çatmağını da istəmirəm
*Adın nədir -Daşdəmir..
Adını dəyiş,daşla dəmirinki tutmaz.
*Bəylə bostan əkənin suyunu kəsməzlər
*Uzun+deraz=Uzundraz..O da ki xeyrə-şərə yaramaz
*Yalançının evi yandı...
Allah heç kəsin evini yandırmasın.Yalançını da yalançı biz eləmişik də..
*Bağa baxarsan bağ olar,baxmazsan örüş yeri...
*Atı atın yanına bağlayarsan,canavar ikisini də birdən yeyər
*At özgənin,tövlə sənin
*Atasına bax,qızın al,hərif olma
*Sudan gələn sürməli qız! İndi sürmə dəbdə deyil
*Havalansın xanın da,bəyin də səsi.Onsuz da indi xanlara,bəylərə qulaq asan yoxdur
*El bilir ki,sən mənimsən. Yəni səni heç kəsə vermərəm...
*Mənim adım Ələsgərdir.Məni niyə qosaltmısınız?
*Ay havada uçan Durna!Arada bir yerə də düş də...
*Al bıçağı, kəs heyva'nı,mürəbbəni bol elə
*Hay deyəndə haya basır,əcəb də eləyir bu Koroğlu
*Üç gündən bir,dörd gündən bir,yəni həftədə iki dəfə
*Adın yadından çıxmsın ha...Yaxşısı budur,pasportunu boynundan as
*Yaz yağışı...Yox,bu,çətin məsədir...
*Bahar nə xoş gəlir,ruh dad verir... Yavaş qardaşı eşidər
*Mən belə Dünyadan necə əl çəkim?
Yavaş danış,Dünyanı dünən nişanladılar....

Nazim Nəsrəddinov.

20.11.2018.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed