Şrift:
2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur
21.11.2018 [09:22] - Gündəm, DAVAMın yazıları
2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur. Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Yaxın Şərq ölkələrindən gələn ziyarətçilərin sayı 330 min olub, bununla da ötən ilin eyni dövrü ilə müqayisədə 42% artım baş verib. Bu regiondan daha çox səyahətçi Səudiyyə Ərəbistanı, İsrail və Küveytdən gəlib.

Yanvar-oktyabr ayları ərzində Azərbaycana gələnlər arasında Rusiya vətəndaşları 752 min səyahətçi ilə birinci yerdə durur. Rusiyalı səyahətçilər 2017-ci ilin eyni ayları ilə müqayisədə 3,3% artaraq Azərbaycana gələn bütün xarici vətəndaşların 31%-ni təşkil edir.

Bu dövrün statistikası ilə əlaqədar ən maraqlı fakt Hindistan və Pakistandan gələn səyahətçilərin sayının müvafiq olaraq 183% və 149% artmasıdır.

10 ay ərzində ölkəyə daxil olan səyahətçilərin ümumi artım tempi 6,1% təşkil edib, səyahətçilərin sayı isə 2,277 milyondan 2,416 milyona çatıb.

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur

2018-ci ilin yanvar-oktyabr aylarında Asiya və Yaxın Şərq ölkələrindən gələn səyahətçilərin sayında böyük artım müşahidə olunur





Dövlət Turizm Agentliyi
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed