Şrift:
Xırdalanda yeni alternativ yol çəkilir
21.11.2018 [10:20] - Gündəm, Bildiriş
Xırdalan şəhərində Mehdi Hüseynzadə küçəsindən şəhərin 2 və 9 nömrəli tam orta məktəblərinə, Abşeron Rayon Mərkəzi Xəstəxanasına sərnişinlərin rahat, təhlükəsiz gediş-gəlişini təmin etmək, o cümlədən sıxlığın aradan qaldırılması üçün alternativ yol çəkilir.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quluyev bildirib ki, əvvəlki yolun hərəkət hissəsinin sıradan çıxması, piyadaların normal və təhlükəsiz şəkildə hərəkətinin təşkili üçün səkilərin olmaması vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı. Sadalanan problemlər yenidən qurulan küçədə artıq tam olaraq aradan qaldırılacaq. Layihəyə uyğun olaraq küçə boyu qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılıb.

Yolun çəkilişi rayonun daxili imkanları hesabına həyata keçirilir.

“Yenidənqurma işləri çərçivəsində yeni yeraltı kommunikasiya xətləri çəkilir, köhnələri isə tamamilə təzələnir”, - deyən İ.Quluyev uzunluğu 290 metr, eni isə 8-12 metr olan küçədə işlərin sürətlə və keyfiyyətlə aparıldığını vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 604 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed