Şrift:
İran polisi Qərbi Azərbaycan vilayətində peyk antenalarını yığmağa başlayıb
23.07.2012 [11:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran polisi Qərbi Azərbaycan vilayətinin Bukan şəhərində də peyk antenalarını yığmağa başlayıb. Polislər evlərə daxil olaraq peyk antenalarını toplayır. Ramazan ayının başlaması ilə bu cür əməliyyatlar daha da intensivləşib. Evində peyk antenası ilk dəfə aşkar edilən şəxs cərimələnir və xəbərdarlıq edilir. Bu hal təkrarlandığı təqdirdə, ev sahibi məhkəməyə verilir.

Qeyd edək ki, İranda ictimai əxlaqa və ailədaxili münasibətlərə mənfi təsir etdiyi iddia olunan peyk antenalarından istifadə etmək qadağandır. Bir ildən çoxdur ki, İran polisi Tehranda və digər şəhərlərdə peyk antenalarına qarşı əməliyyatlar həyata keçirir.
Bu xəbər oxucular tərəfindən 1068 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed