Şrift:
Azərbaycan və Avropa İttifaqı ticarət əməkdaşlığını müzakirə edəcək 21 Noyabr, 2018 17:21
22.11.2018 [10:51] - Gündəm, İqtisadiyyat
Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi dekabrın 4-6-da Bakıda keçiriləcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib ki, danışıqların əsas mövzusu ticarət əməkdaşlığı olacaq.
"Brüsseldən Avropa Komissiyasının ticarət məsələləri üzrə nümayəndəsi Petros Sremelisin rəhbərliyi ilə böyük nümayəndə heyətinin gələcəyini gözləyirik. Bakıya həmçinin Avropa Xarici Fəaliyyət Xidmətində Avropa və Mərkəzi Asiya İdarəsinin rəis müavini Lük Devin də gələcək. Görüşlərdə bir sıra məsələlər, o cümlədən siyasi məsələlər müzakirə olunacaq. Lakin danışıqların bu mərhələsinin əsas mövzusu ticarət olacaq", - o deyib.
Səfirin sözlərinə görə, dekabrın 6-da Bakıda həmçinin Azərbaycan-Aİ Ticarət Alt Komitəsinin iclası keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed