Şrift:
Səudiyyə Ərəbistanı vəliəhdinin region ölkələrinə səfəri başlayır
23.11.2018 [10:18] - Xəbərlər, Siyasət
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Saud Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə və Misirə səfərə çıxıb.

SPA agentliyi xəbər verir ki, vəliəhd səfər çərçivəsində bu ölkələrin rəhbərləri ilə ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə edəcək. Bundan sonra Məhəmməd bin Salman G20 zirvə toplantısında iştirak etmək üçün Argentinaya yola düşəcək.

Qeyd edək ki, səudiyyəli jurnalıst Camal Kaşıkçının Türkiyədə öldürülməsi ilə bağlı yaranmış qalmaqaldan sonra bu vəliəhdin xarici ölkələrə ilk səfəridir.

Asya Hacızadə
Bu xəbər oxucular tərəfindən 141 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed