Şrift:
PSJ Adrien Rabyonu yayda pulsuz buraxmamaq üçün yanvarda 10 milyona sata bilər
23.11.2018 [10:28] - Gündəm, İdman
Yarımmüdafiəçi Adrien Rabyo qış transferi pəncərəsində “Paris Sen-Jermen”i (PSJ) tərk edə bilər.

“Sports.ru” xəbər verir ki, Paris klubunun idman direktoru Antero Enrike 23 yaşlı orta sahə oyunçusunun satış variantı üzərində işləyir.

Rabyo PSJ ilə müqaviləsini yeniləməkdən imtina edib. Beləliklə, klub oyunçunu yay transfer pəncərəsi zamanı ödənişsiz buraxmamaq üçün qışda 10 milyon avroya satmağa hazırdır.

“Yuventus” və “Tottenham”ın Rabyonu almaq üçün 10 milyona yaxın avro ödəməsi gözlənilir.

Bundan əvvəl bildirilib ki, fransız yayda “Barselona”ya sərbəst agent kimi keçmək istəyir.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed