Şrift:
Azərbaycanlı milli-mədəni fəal, məşhur “Traxtur” tərəfdarı Tehranda saxlanılıb
23.11.2018 [10:43] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Kazim Səfayi (Koroğlu) noyabrın 21-i axşam saatlarında Tehranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

“Tehran traxturçuları”na liderlik edən fəal Güney Azərbaycanın “Traxtur” futbol komandası ilə Tehranın “Perspolis” komandasının görüşünə bir neçə gün qalmış saxlanılıb.

Fəalın saxlanmasının səbəbi barədə heç bir məlumat açıqlanmasa da, onun “Traxtur”-“Perspolis” görüşü ərəfəsində saxlanması böyük ehtimalla azərbaycanlıların görüşdə tamaşaçı qismində iştirakının mümkün qədər qarşısının alınması ilə bağlıdır. Bu məqsədlə son günlərdə təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəallara qarşı təzyiqləri artıb, lakin buna baxmayaraq soydaşlarımız Tehranın Azadi stadionunda keçiriləcək görüşdə aktiv şəkildə iştirak edəcəklərini elan ediblər. Bu barədə bir neçə gündür ki, Teleqram kanallarında təbliğat aparılır.

“Traxtur”-“Perspolis” görüşü bazar günü, noyabrın 25-də baş tutacaq.

Tehranın “Perspolis” və “İstiqlal” komandaları fars irqçilərinin dəstək verdiyi əsas komandalardır. İranda qeyri-fars millətləri, xüsusi ilə də türklər bu komandalara qarşı xüsusi həssaslıq göstərir. “Perspolis” və “İstiqlal” komandaları ilə görüş “Traxtur” və onun tərəfdarları üçün ən prinsipial yarış hesab olunur.
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed