Şrift:
“Sepah”ın Suriyada həlak olmuş daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib
23.11.2018 [10:44] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Sepah”ın Suriyada həlak olmuş daha 3 əfqanlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

Bəşər Əsəd rejiminə dəstək məqsədilə bir neçə ay əvvəl Suriyaya göndərilmiş “Sepah”ın Əfqanıstan vətəndaşlarından ibarət “Fatimiyyun” briqadasının muzdluları Əli Hüseyni, Əkbər Əmiri və Tahir Yaqubi son günlər bu ölkədə gedən döyüşlərdə həlak olub.

Onların Suriyanın konkret hansı bölgəsində öldürüldüyü açıqlanmayıb. Cənazələri ölkəyə gətirilmiş “Sepah”çılar, noyabrın 21-də İranın Qum şəhərində torpağa tapşırılıb.

İran, Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 384 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed