Şrift:
Pakistanda partlayış: azı 25 nəfər həlak olub
23.11.2018 [11:52] - Gündəm, Hadisə
Noyabrın 23-də səhər saatlarında Pakistanın Xanqu şəhərindəki dini məktəbin girişində partlayış baş verib. Nəticədə azı 25 nəfər həlak olub.

Pakistan mətbuatı xəbər verir ki, hadisə nəticəsində yaralanan 35 nəfər isə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların çoxunun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

Qulu Kəngərli
Bu xəbər oxucular tərəfindən 139 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed