Şrift:
Latviya Respublikasının elan olunmasının 100 illiyi Bakıda qeyd olunub
24.11.2018 [10:12] - Gündəm, Sosial
Latviya Respublikasının elan olunmasının 100-cü ildönümü münasibətilə noyabrın 23-də Bakıda tədbir keçirilib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 100 illiyi münasibətilə təbrik edib. Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən X.Xələfov bildirib ki, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında ikitərəfli əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Bu ilin həm Azərbaycan, həm də Latviya üçün əlamətdar olduğunu deyən X.Xələfov 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin də qeyd edildiyini diqqətə çatdırıb.

Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs tədbirdə çıxış edərək ölkəsinin tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib. Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişaf etdiyini vurğulayan səfir ölkələrimiz arasında möhkəm siyasi əlaqələrin olduğunu deyib.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed