Şrift:
Türkiyənin sərvəti yəhudilərə verilir
23.07.2012 [15:49] - Siyasət
Pərviz Elay
"Millətçilik" qəzeti


Dünyada istifadə edilə biləcək strateji bor maddəsinin mədən rezervlərinin yüzdə 75 faizi Türkiyədədir. Türkiyə bor mədən istehsalı ilə yanaşı, nüvə energetikası üçün vacib olan uran və torium mədənləri də Türkiyənin «ETİ» holdinq şirkətinin nəzdindədir.
Lakin Türkiyədəki strateji mədənləri ələ keçirmək üçün əcnəbi «Rio Tinto» korporosiyası geniş fəaliyyətə keçmişdir. Türkiyənin ETİ holdinqi ilə beynəlxalq Rio Tinto Boraks (ABŞ-Argentina-Avstraliya korporosiyası) nəhəngləri dünya üzrə bor hasilatının 70 faizinə nəzarət edirlər.
Türkiyənin «Yeni Çağ» qəzeti qeyd edir ki, baş nazir Tayyib Ərdoğan 2005-ci ildə Avstraliyaya səfər etdiyi zaman Rio Tinto şirkətinin Avstraliyadakı uzantısı olan «BHP-Billiton» şirkəti ilə Türkiyənin bor mədənlərinin istismarı məsələsində danışıqlar aparmışdı. Bu görüşdən 7 il keçdikdən sonra 2012-ci il martın 5-də Türkiyənin təbii qaynaqlar nazirliyi və Nazirlər Kabineti tərəfindən imzalanaraq Ərdoğana göndərilmiş qanun layihəsi ortaya çıxdı. «Bor duzları, Trona və Asfaltit mədənləri ilə nüvə enerji maddələrinin işlədilməsini, linit və dəmir sahələrinin bəzilərinin istehsalını təyin edən qanunda dəyişiklik edilməsinə dair» adlı layihə Ərdoğan tərəfindən martın 20-də imzalanaraq Türkiyə Böyük Millət Məclisinə göndərildi. Bu qanun layihəsinə görə həmin mədənlər 49 və ya 99 il müddətinə əcnəbi və ya transmilli korporosiyalara icarəyə verilə bilər.
Türkiyənin Petrol-İş Sindikasının başkanı Mustafa Öztaşkın müxbirlər qarşısındakı mətbuat konfransında mövzu ilə bağlı maraqlı faktlar səsləndirdi. Mustafa Öztaşkın göstərdi ki, hökumət ETİ holdinq tərəfindən bor mədənlərinin işlədilməsinin öhdəsindən lazımınca gələ bilmədiyini bildirir. Amma bu, səhv bəyanatdır. ETİ holding dünya bazarında 1980-ci ildəki 25 faizlik payını 2011-ci ildə 49 faizə qədər yüksəldib. Bu gün ETİ holdinq Türkiyə dövlət büdcəsinin önəmli bir hissəsini təmin etməkdədir. Sadəcə olaraq, Rio Tinto transmilli korporosiyası anlayır ki, yaxın gələcəkdə dünyada ən bahalı istehsal maddəsi bor olacaqdır və buna görə də bu sahədə monopoliyanı ələ keçirmək istəyir. Əslində bu qanun layihəsi Türkiyə mənafelərinə ziddir və xaricdən sifariş edilmişdir.

ROTŞİLDLƏR
Rio Tinto korporosiyasının başında yəhudi kökənli bankir Rotşild ailəsi durmaqdadır. Bu ailənin varlanması daim sümürgəçilik və qanla müşayiət olunub. Onların adları Afrikada almaz və qızıl mədənlərinin yerli tayfaları öldürərək talan edilməsində, Süveyş kanalının ingilislər tərəfindən ələ keçirilməsi üçün siyasi və hərbi təxribatlarda, Vaterloo savaşında İngiltərə üçün qaçaqmalçılıqda, nəhəng dövlətləri belə, borc quyusuna salmaqda hallanır.
XIX əsrdə Rusiya ilə Krım müharibəsi üçün düşdüyü bütün borcları Osmanlı dövləti Rotşildlərə satır. Osmanlı İmperiyasının Rotşildlərə borclu olması sonunculara imkan verir ki, xüsusi imtiyazlarla İraqdakı neft yataqlarını ələ keçirsinlər. Rotşildlər BP və Royal Dutch Shell ilə birlikdə İraq bazarına girirlər.
Rotşildlər həmçinin XIX əsrin sonundan etibarən ingilislərin idarəsi altında bölgədə sionizmi siyasi ağırlıq mərkəzi halına gətirilməsində də fəal iştirak edirlər. Maraqlıdır ki, Rotşildlər Almaniyada Hitlerin hakimiyyətə gəlməsində də xüsusi rol oynayıblar.
ROTŞİLDLƏRİN TÜRKİYƏYƏ QAYIDIŞI
Mustafa Öztaşkın apardığı araşdırmada göstərir ki, Rotşildlərin başçılıq etdiyi Rio Tinto korporosiyası Türkiyənin ETİ holdinqini ələ keçirmək niyyətindədir. Belə ki, Rio Tinto Boraksın ABŞ-da və Argentinadakı bor mədənlərində ehtiyatlar tükənmək üzrədir. Belə ki, artıq boru daha dərindən çıxarmağa başlamışlar. Rio Tintonun Cənubi Amerikada bor mədənlərində yeni quyular 4 min metr dərinliyə qazılır. Bu dərinlikdən borun çıxarılması onun qiymətini artırmaqdadır. Digər tərəfdən, Amerika qitəsindən çıxarılan bor nəqliyyat problemləri ilə üzləşir. Amma Türkiyədə bor yataqları çox da dərində deyil və nəql üçün sərfəli coğrafi ərazidə yerləşmişdir. Ona görə də Rotşildlərin başçılıq etdiyi Rio-Tinto öz nəzərlərini Türkiyəyə dikmişdir.
Mustafa Öztaşkın Türkiyənin bor mədənlərinin Rio Tintoya verilməsini milli xəyanət hüdudunda olan böyük faciə adlandırır.
Bu xəbər oxucular tərəfindən 1580 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed