Şrift:
Paşinyan Belarusa getməkdən imtina etdi
27.11.2018 [10:29] - Gündəm, Siyasət
Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (AAİİ) hökumət başçılarının iştirakı ilə Minskdə keçiriləcək Avrasiya Hökumətlərarası Şuranın iclasına qatılmayacaq.Bunu özünün “Facebook” səhifəsində Ermıənistan baş nazirinin birinci müavininin vəzifələrini icra edən Ararat Mirzoyan yazıb.

“Baş nazirin qərarına müvafiq olaraq, məzuniyyət dövründə onu əvəz edəcəyəm. Ermənistanı AAİİ-nin hökumətlərarası iclasında təmsil edəcəyəm”, - Mirzoyan qeyd edib.

Bu gün, noyabrın 26-da Ermənistanda növbədənkənar parlament seçkiləri ərəfəsində təşviqat kampaniyası başlayıb. Baş nazir əvəzi Nikol Paşinyan təşviqat kampaniyası dövründə məzuniyyətə çıxıb. Onun sözlərinə görə, bu, seçkiqabağı görüşlərdə daha dolğun iştirak üçün lazımdır.

Maraqlıdır ki, bir neçə gün öncə Ermənistan-Belarus münasibətləri kəskinləşib. Buna səbəb KTMT dövlət başçılarının qapalı görüşündən sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan səfirinə görüşün təfərrüatları barədə məlumat verməsi olub. Həmin görüşdə təşkilatın yeni rəhbərinin seçilməsi məsələsi müzakirə edilib. Bundan sonra Paşinyan bildirib ki, Lukaşenko baş verınlərlə bağlı izahat verməlidir.
Bu xəbər oxucular tərəfindən 140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed