Şrift:
Azərbaycan nefti 61 dollaradək ucuzlaşdı
27.11.2018 [10:30] - Gündəm, İqtisadiyyat
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamı gününə olan göstəricidən 3,73 dollar/barel azdır.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 59,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 55,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3,72 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin son qiyməti 57,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3,77 dollar/barel azdır.
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed