Şrift:
NATO Rusiyanı Ukrayna hərbçilərini azad etməyə çağırdı
27.11.2018 [10:30] - Gündəm, Siyasət
NATO-Ukrayna Komissiyası Kerç boğazında baş verənlərlə əlaqədar Ukraynanın tələbi ilə fövqəladə iclas keçirib. Toplantıdan sonra baş katib Yens Stoltenberq açıqlama ilə çıxış edib: “Bütün müttəfiqlər Ukraynanın ərazi bütövlüyünü və suverenliyini tamamilə dəstəkləyir. Ukrayna gəmilərinə qarşı hərbi gücdən istifadə edilməsinə heç bir əsas olmayıb. Bu səbəbdən Rusiyanı Ukrayna əsgərlərini və dünən ələ keçirdiyi gəmiləri dərhal sərbəst buraxmağa çağırırıq”.

Qeyd edək ki, dünən 3 Ukrayna gəmisi Kerç boğazından keçərək Azov dənizinə çıxmaq istəyərkən Rusiya tərəfindən atəşə tutulub. Nəticədə 1 nəfər ölüb, 3 hərbi gəmi isə Rusiya tərəfindən ələ keçirilib.
Bu xəbər oxucular tərəfindən 142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed