Şrift:
Vaşadze Gürcüstan müxalifətini meydanlara çağırdı
30.11.2018 [10:47] - Xəbərlər, Siyasət
Gürcüstan müxalifəti bazar günü Tbilisidə mitinq keçirmək niyyətindədir. Gürcüstanda keçirilən prezident seçkilərində müxalifət partiyasından namizəd Qriqol Vaşadze belə bir açıqlama ilə çıxış edib.



Q.Vaşadzenin sözlərinə görə, aksiya dinc xarakter daşıyır: "Rustaveli prospektində dinc nümayiş keçirməyi planlaşdırırıq. Bununla biz bu hökumətə göstərmək istəyirik ki, əsl gürcü, əsl avropalı olmaq nə deməkdir".



Gürcüstanda prezident seçkilərində uduzmuş müxalif namizəd Qriqol Vaşadze səsvermənin nəticələrini tanımadığını deyib.



Vaşadze keçirilmiş seçkiləri “kriminal məzhəkə” adlandırıb. Vaşadze “mənim prezidentim yoxdur”-, deyə qeyd edib.



Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu baş tutub. Yekun nəticəyə görə, prezident seçkilərində müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səslə qalib olub. Müxalif namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs toplayıb.
Bu xəbər oxucular tərəfindən 189 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed