Şrift:
Suriya üzrə Astana prosesi çərçivəsində növbəti görüş keçirilib
30.11.2018 [11:13] - Gündəm, Siyasət
Suriya üzrə Astana prosesi çərçivəsində növbəti - 11-ci görüş keçirilib. Noyabrın 28-29-da yekun bəyannamənin razılaşdırılması üçün tərəflər arasında ikitərəfli və üçtərəfli görüşlər olub.

Türkiyə, Rusiya, İran, Qazaxıstan nümayəndələrinin görüşündə yekun bəyannamə oxunub.

Bəyannamədə tərəflər Suriyanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə bağlılıqlarını vurğulayıb, ölkədə İŞİD və bu kimi terror təşkilatları, habelə BMT-nin Təhlükəsizlik Şurasının siyahısında olan terrorçularla mübarizəyə davam edəcəklərini bildiriblər. Tərəflər İdlib bölgəsində gərginliyin azaldılması üçün Soçi anlaşmasının tamamilə həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Həmçinin tərəflər Suriyada kimyəvi silahlardan istifadə hallarını kəskin şəkildə pisləyiblər.

Girov götürülənlərin qarşılıqlı sərbəst buraxılması üçün tətbiq olunan pilot layihədən məmnunluqlarını bildirən tərəflər, iqtidar və müxaliflər arasında etibarın artırılması üçün işçi qrupun fəaliyyətinin genişləndirilməsini təklif ediblər.

Növbəti görüşün 2019-cu ilin fevralında keçirilməsi qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 150 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed