Şrift:
Özbəkistan MDB Parlamentlərarası Assambleyasına üzv olub
30.11.2018 [11:19] - Siyasət
Özbəkistan MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasına (MDB PA) üzv olub.

Sankt-Peterburqda keçirilən MDB PA Şurasının iclasında Özbəkistanın Assambleyaya qəbul edilməsi ilə bağlı müvafiq sənədi bu ölkə Senatının sədri Niqmatilla Yuldaşev imzalayıb.

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib: “Özbəkistanın bizim ümumi parlament ailəsinə - Assambleyaya daxil olmasını sevinclə qarşıladım”.

Sənədi imzalayan N.Yuldaşev isə bildirib ki, MDB PA-ya qoşulmaq bizə Assambleyanın üzvü olan dövlətlərlə yeni münasibətlər yaratmağa, beynəlxalq aləmdə nüfuzumuzu yüksəltməyə imkan verəcək.
Bu xəbər oxucular tərəfindən 145 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed